Müasir İncəsənət Muzeyində
sərgi
İyunun 4-də Müasir İncəsənət Muzeyində Əməkdar rəssam İsmayıl Məmmədovun fərdi sərgisi açılıb. Sərgidə rəssamın 50-dən çox əsəri nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, görkəmli kinorejissor, Xalq artisti Oqtay Mirqasımov və başqaları çıxış edərək rəssamın özünəməxsus yaradıcılıq üslubundan söz açıblar.
Bildirilib ki,
Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin
rəngkarlıq şöbəsində oxuduğu
illərdən kitab qrafikası ilə məşğul
olmağa başlayan
İsmayıl Məmmədov ilk əsərlərindən
diqqəti cəlb edib. İstedadlı boyakar və qrafika
ustası teatr rəssamlığı ilə
ciddi məşğul olur.
O, Akademik
Milli Dram Teatrında onlarla tamaşaya bədii tərtibat verib.
Tədbirdə sənətkara
yeni-yeni yaradıcılıq
uğurları arzulayan
çıxışçılar onun Azərbaycan
rəssamlığının inkişafına verdiyi
töhfələri yüksək qiymətləndiriblər. Sərgiyə
gələnlərə minnətdarlığını bildirən
rəssam bundan sonra da yeni əsərləri
ilə sənətsevərlərin görüşünə
gələcəyini söyləyib.
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 8.